Bank Of Baku

"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri azalıb
# 31 yanvar 2022 11:37 (UTC +04:00)

2021-ci il ərzində Azexport.az portalına 496,1 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 18,9% azalıb.

2021-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 mln. dollar təşkil edib ki, bu da bu ilin noyabr ayı ilə müqayisədə 66,1% çoxdur.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 dekabr tarixinə kimi (60 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 mlrd. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR