Bu ilin yanvar-may aylarında Azexport.az portalına 215 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,6% artıb.
Mayda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 mln. dollar təşkil edib ki, bu da aprel ayının göstəricisindən 73,7% çoxdur.
2022-ci ilin may ayında portala edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, tibbi tənzif, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi, toyuq əti, biyan kökü, kərpic (tikinti materialı) və s. məhsullar üstünlük təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi (65 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 mlrd. dollar təşkil edib.