Bu ilin yanvar ayında Azexport.az portalına 45,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16,1% azalıb.
Yanvarda Azexport.az portalına ən çox ixrac sifarişi sifarişi toyuq əti, toyuq yumurtası, şərab, xurma, pomidor, pambıq yağı, kərə yağı, tikinti materialları, tütün, mühərrik yağı, pambıq lifi və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 yanvar tarixinə kimi (61 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 mlrd. dollar təşkil edib.