"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 mlrd. dollara çatıb

"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 mlrd. dollara çatıb
# 31 avqust 2021 13:44 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2021-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 mln. dollar təşkil edib.

Məlumata görə, bu ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR