15 sentyabr 2023-cü il saat 11.00-da “Bakı Çinar Soyuducuları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, səhmdarların ümumi yığıncağında ASC-nin icra orqanının (sədrinin) seçilməsi, müşahidə şurasının və təftiş komissiyasının üzvlərinin seçilməsi, cəmiyyətin idarəetmə orqanlarının 2022-ci il üçün illik hesabatı və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, səhmdarlarının ümumi yığıncağı Bakı şəhəri, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi 27/k nömrəli ünvanda (“Kristal” Şadlıq sarayında) baş tutacaq.