2023-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,7% artaraq 1115,1 milyon manat olub.
Bu barədə “APA-Economics” Bakı Şəhər Statistika idarəsinə istinadən xəbər verir.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 589,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 52,9 faizini təşkil edib.