Bank Of Baku

Bakıda BMT-nin dəstəyi ilə sosial sahibkarlıq ekosistemi müzakirə olunur

Bakıda BMT-nin dəstəyi ilə sosial sahibkarlıq ekosistemi müzakirə olunur
# 12 aprel 2022 10:20 (UTC +04:00)

Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində sosial sahibkarlıq ekosistemi üzrə məsələlərin müzakirəsinə həsr edilən seminar işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, seminar beynəlxalq ekspert Lana Lovaşiç tərəfindən aparılır.

Seminar zamanı ekspert sahə üzrə mövcud şəraitin təhlili məqsədilə Azərbaycanın sosial sahibkarları arasında keçirilən sorğunun nəticələrini təqdim edib. O, həmçinin ekosistemin SWOT təhlili nəticələrini və gələcək siyasət tədbirlərinin tətbiqi üçün prioritet sahələrlə bağlı fikirlərini iştirakçılarla paylaşıb.

Tədbirdə BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov, o cümlədən qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, kənd fermerlərinə yardım, region gənclərinin təhsil imkanlarının yaxşılaşdırılması, eləcə də ekoloji xidmətlərin göstərilməsi kimi müxtəlif sahələrdə çalışan sosial sahibkarlar iştirak edirlər.

Tədbirdə çıxış edən BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov sosial müəssisələrin sosial-iqtisadi çətinliklərin həll edilməsində, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində dəyərli rolunu vurğulayıb.

Seminarda qadınların və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, kənd fermerlərinə yardım, region gənclərinin təhsil imkanlarının yaxşılaşdırılması, eləcə də ekoloji xidmətlərin göstərilməsi kimi müxtəlif sahələrdə çalışan sosial sahibkarlar iştirak edirlər.

“Dünya kafesi” (world café) formatında təşkil edilən tədbir iştirakçılara sosial biznesin idarə edilməsi ilə bağlı təcrübələrini açıq şəkildə bölüşmək və sosial sahibkarlıq ekosisteminin inkişafı yollarını birgə tapmaq imkanı yaradıb.

Seminar, Azərbaycanda sosial sahibkarlıq üzrə dəstəkləyici siyasət çərçivəsi yaratmaq üçün ölkənin səylərini sürətləndirməyi hədəfləyir. Belə ki, bu siyasətlər çərçivəsi daha çox insana sosial-iqtisadi problemlərin həllinə yönələn bizneslərə başlamağa və genişləndirməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR