Bu ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3% artaraq 761,4 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,1%-ni təşkil edib.