Bu ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6% artaraq 4016,8 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2905,9 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,3%-ni təşkil edib.