Bakıda “InMerge İnnovasiya Sammiti” işinə başlayıb - FOTO - YENİLƏNİB

# 30 noyabr 2023 10:18 (UTC +04:00)

Bakıda “InMerge Innovation Summit”i işinə başlayıb.

APA-Economics” xəbər verir ki, 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcək.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

Bakı Konqres Mərkəzində keçirilən tədbir dekabrın 1-də də davam edəcək.

Qeyd edək ki, APA tədbirin informasiya tərəfdaşıdır.

***

09.13

Bu gün Bakıda “InMerge Innovation Summit”i işinə başlayır.

APA-Economics” xəbər verir ki, 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.

Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri “Trendyol Group”un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, “Shazam”ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. “InMerge Innovation Summit”in qonaqlarından biri də “Apple” şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.

Bakı Konqres Mərkəzində keçirilən tədbir dekabrın 1-də də davam edəcək.

Qeyd edək ki, APA tədbirin informasiya tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR