2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə Bakıda istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 29 650,4 milyon manat təşkil edib.
“APA-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,3% artıb.
Qeyd edək ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,2%-ni qeyri-dövlət sektoru təşkil etmiş, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 14,1% artaraq 28 232 milyon manat olub.