Bank Of Baku

Bakıda kreativ mərkəz yaradılacaq

Vasif Eyvazzadə

© APA | Vasif Eyvazzadə

# 23 fevral 2022 11:57 (UTC +04:00)

Bakı şəhərinin Baş planına paytaxtda kreativ mərkəzin yaradılması daxil edilib.

"APA-Economics" xəbər verir ki, bunu "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları" mövzusunda keçirilən ictimai müzakirələrdə çıxış edən Azərbaycan Yaradıcı Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, Mərkəzdə marketinq, reklam, dizayn və digər şirkətlər bir araya gələrək fəaliyyət göstərə biləcək.

"Bunun, eyni zamanda, biznes tərəfi də var. Biz bu sahə üzrə İngiltərədə təcrübə mübadiləsi apardığımız zaman gördük ki, orada Yaradıcılıq Sənayesi Federasiyası və bu kimi qurumlar, şirkətlər birlikdə müzakirə aparır, biznes mərkəzdə ərazini icarəyə götürüb, orada fəaliyyət göstərirlər. Hazırda Azərbaycanda belə bir federasiya formalaşır və məqsəd də budur ki, kreativ sənayedə fəaliyyət göstərənlərin fikirləri ümumiləşdirib müəyyən dairələrə çatdırılsın", - deyə V. Eyvazzadə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR