Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,2% artaraq 937,5 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 943,3 manata bərabər olub.