Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub.