Bank Of Baku

Bakıda şərab istehsal edən zavod zərərlə üzləşib - Hesabat

Bakıda şərab istehsal edən zavod zərərlə üzləşib - Hesabat
# 16 iyun 2023 17:18 (UTC +04:00)

“Bakı Şampan Şərabları” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər xəbər verir ki, 2022-ci ildə “Bakı Şampan Şərabları” ASC 49 min 403 manat xalis zərər edib. 2021-ci ildə şirkət 38 min 216 manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə, ümumi gəlirləri 226 min 439 manat(illik müqayisədə 30.2% çox), ümumi xərcləri isə 275 min 840 manat (illik müqayisədə 30% çox) təşkil etdiyindən şirkət 49 min 403 manat zərərlə üzləşib.

2022-ci ildə şirkətin cəmi aktivləri 7 milyon 422.8 min manat, cəmi öhdəlikləri isə 795,2 min manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə nizamnamə kapitalı 6 milyon 678,7 min manat olan şirkətin yığılmış zərəri 141.1 min manata yüksəlib.

2023-cü ilin yanvar ayının 1-nə “Bakı Şampan Şərabları” ASC-nin cəmi kapitalı 6 milyon 627.6 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR