Bank Of Baku

Bakıda yeni yaradılmış sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Bakıda yeni yaradılmış sahibkarlıq subyektlərinin sayı açıqlanıb
# 07 yanvar 2024 13:45 (UTC +04:00)

2023-cü yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 9787 yeni müəssisə və təşkilat, 17 370 isə fərdi sahibkarlıq subyektləri yaradılıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında Bakıda 48 989 yeni iş yeri yaradılıb.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssiə və təşkilatların sayı 2.2%, fərdi sahibkarların sayı 13.2% azalıb, yeni iş yerlərinin sayı isə 17.2% artıb.

Xatırladaq ki, ötən ilin doqquz ayı ərzində Bakıda yeni yaradılmış iş yerlərinin 46 447-si mövcud müəssisə və təşkilatlarda, 2 472- si isə yeni müəssisə və təşkilatlarda yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR