Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - Siyahı

Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - Siyahı
# 24 noyabr 2023 13:25 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət şəbəkələrində 23 milyard 671.8 milyon manatlıq məhsul satılıb.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.8% çoxdur.

Qeyd edək ki, bu dövrdə Bakıda pərakəndə ticarət şəbəkələrində 13 milyard 886,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 785,4 milyon manatlıq isə qeyri-ərzaq məhsulları satılıb.

Əlavə edək ki, Paytaxtın pərakəndə ticarət dövriyyəsinin ən çox olduğu rayonlar Nəsimi, Nizami və Sabunçu, ən az olduğu rayonlar isə Suraxanı, Xəzər, Pirallahıdır.

Bakının Rayonları Ticarət dövriyyəsi min. manat
Nəsimi 3 340 993,3
Nizami 2 784 752,3
Sabunçu 2 715 268,5
Xətai 2 615 395,2
Qaradağ 2 439 191,7
Nərimanov 2 339 620,9
Yasamal 2 025 970,9
Səbail 1 864 766,1
Binəqədi 1 842 117,7
Suraxanı 1 013 758,4
Xəzər 679 903,4
Pirallahı 10 041

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR