Bank Of Baku

“Bank Avrasiya”nın aktivləri kiçilib və 14 milyon manatdan çox depozit geri çəkilib - Hesabat

“Bank Avrasiya”nın aktivləri kiçilib və  14 milyon manatdan çox depozit geri çəkilib - Hesabat
# 13 oktyabr 2023 11:21 (UTC +04:00)

“Bank Avrasiya” 2023-cü ilin 9 ayı üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində “Bank Avrasiya”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 dəfə artaraq 3 milyon 952 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 1 milyon 90 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 32.4% artaraq 12 milyon 216 min manat, faiz xərcləri isə 80.5% artaraq 2 milyon 540 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2 milyon manata ( illik müqayisədə 0.3% az ), qeyri-faiz xərcləri isə 5.8 milyon manata ( illik müqayisədə 20% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 504 min manat əməliyyat mənfəəti əldə edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9.8% və ya 22 milyon manat azalaraq 202 milyon 243 min manata enib. Cari ilin ilk 9 ayında “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13.5% və ya 16.8 milyon manat artaraq 142 milyon 242 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 14.9 milyon manat ,biznes kreditləri 71.1 milyon manat, daşınmaz əmlak kreditləri isə 56.1 milyon manat təşkil edib.

Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 124 milyon 481 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 17.3% və ya 25.9 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 18% və ya 14.3 milyon manat azalaraq 65 milyon 308 min manata enib.

2023-cü il oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5.4% və ya 3 milyon 960 min manat artaraq 77 milyon 762 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR