"Sosial sahibkarlıq Azərbaycanda ilk addımlarını atmaqdadır və onların üzləşdiyi çətinliklərdən danışarkən, mən əsasən hüquqi çərçivəni qeyd edərdim".
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMTİP-nin müvəqqəti işlər vəkili Suxrob Xojimatov deyib.
O, sosial sahibkarlıq fəaliyyətində mövcud problemlərlə bağlı sualı cavablandıraraq, sosial müəssisələrə tətbiq olunan vergitutma məsələlərini, məşğulluq, kreditlərə çıxış, maliyyə, yeni texnologiyalardan istifadə məsələlərini qeyd edib.
"Bunlardan bəlkə də ən əhəmiyyətlisi cəmiyyətdə sosial sahibkarlığın bir məhfum olaraq qəbul olunmasıdır. Sosial sahənin nə olmasını bilirik, sosial fəaliyyətin nə olmasını bilirik, eyni zamanda sahibkarlığın, biznesin nə olmasını bilirik. İndi isə onların vəhdətini təşkil edən sosial sahibkarlığın əhəmiyyətini və onun təfəkkürdə inkişaf etməsinə nail olmalıyıq ki, bu da özü-özlüyündə imkan yaradacaq ki, daha çox sosial sahibkarlıq yayılsın və inkişaf etsin",- deyə Suxrob Xojimatov qeyd edib.