Son bir neçə il ərzində elektrikli skuterlər dünyada getdikcə populyarlaşan mikromobil şəhər nəqliyyatının rahat forması kimi özünü təsdiqləyib.
Müasir şəhərlər üçün elektrikli skuterlərin icarəsi xidməti daha aktualdır: siz yalnız onların kilidinin açılması və istifadə vaxtı üçün pul ödəyirsiniz. Bu, rahat, asan və təhlükəsizdir. İstifadəçilər sadəcə olaraq öz smartfonlarının köməyilə ən yaxın skuterin kilidini aça və dərhal sürməyə başlaya, sonra isə heç bir çətinlik çəkmədən onu təyinat yerində və ya parkinq zonasında saxlaya bilərlər.
Bolt elektrikli skuterinizi təhlükəsiz şəkildə istifadə etməyinizi təmin etmək üçün bir sıra qaydalar və məsləhətlər hazırlayıb. Bu məlumatları Bolt tətbiqində tapa bilərsiniz.
Əsas tövsiyələr aşağıdakılardır:
Velosiped zolaqlarından və ya səkilərdən istifadə edin.
Mümkün olduqda velosiped zolaqlarından istifadə edin. Müxtəlif şəhərlərdə alternativ nəqliyyat növləri üçün infrastruktur getdikcə daha çox qurulur. Velosiped zolaqları yolda olan hər kəs üçün daha təhlükəsiz və daha az stresli gediş təmin edir. Xüsusi yollar yoxdursa, piyadalara üstünlük verərək, səkidən istifadə edin.
Geyindiklərinizə laqeyd yanaşmayın.
Geyim, ayaqqabı və təchizat da önəmlidir. Geyim rahat, ayaqqabılar isə rahat və düz altlıqlı olmalıdır. Təcizatınıza laqeyd yanaşmayın. Dizlik və dirsəklik sizi yıxılma vəziyyətində ciddi xəsarətlərdən qoruya bilər. Bundan əlavə, insan yıxıldıqda, instinktiv olaraq qollarını irəli uzatır, buna görə də ovuclarınızı qorumaq üçün əlcək taxa bilərsiniz.
Yol hərəkəti qaydalarına riayət edin.
Unutmayın: elektrikli skuter istifadəçisi digər nəqliyyat vasitəsi istifadəçiləri ilə eyni dərəcəli sürücüdür. Təhlükəsiz sürətlə sürün. Dönməzdən əvvəl sürətinizi əvvəlcədən azaldın. Yavaş və diqqətlə əyləc edin. Dönüş siqnallarınızı yandırın və ya əlinizlə hara dönəcəyinizi göstərin. Birdən istiqaməti dəyişməyin. Digər yol istifadəçiləri sizin hərəkətlərinizi başa düşməlidirlər. Bolt xüsusi olaraq bəzi izdihamlı küçələrdə və yol kəsişmələrində elektrikli skuterlərin sürətini məhdudlaşdırıb.
Elektrikli skuterləri yalnız ayıq vəziyyətdə istifadə edin.
Sərxoş halda skuter idarə etmək qeyri-qanunidir və qəti qadağandır, beləki siz cərimə oluna bilərsiniz və hətta Bolt xidmətlərindən istifadə sizə həmişəlik qadağan edilə bilər.
Bir skuter – bir sürücü.
İki nəfər eyni elektrikli skuterdə səfər etməyə cəhd etdikdə tətbiq dərhal istifadəçiyə bildiriş göndərir və ona skuterlə iki nəfərlə səfər etməyin təhlükələri barədə xəbərdarlıq edir. Dostlarınızla birlikdə səfər etmək istəyirsinizsə, qrup gedişi xidmətindən istifadə edə bilərsiniz. Bu funksiya sizə bir Bolt profili ilə 4-ə qədər skuter sifariş etməyə imkan verir.
Skuteri iki əllə idarə edin.
Bir əlinizlə skuter idarə etməklə daha tərzli görünməyə çalışaraq, gözlənilməz vəziyyətlərdə nəqliyyat vasitəsinə nəzarəti itirə bilərsiniz. Yol hərəkəti iştirakçılarının (və ən əsası isə özünüzün) təhlükəsizliyi üçün sükanı hər iki əlinizlə tutun.
Pis hava şəraitində xüsusilə diqqətli olun
Elektrikli skuterlər də, hər hansı digər nəqliyyat vasitələri kimi pis hava şəraitində son dərəcə ehtiyatla idarə edilməlidir. Yağışlı havada aşağı sürətlə hərəkət etməyə çalışın və skuteri diqqətlə idarə edin.
Məhz bu nəticələr şirkətin elektrikli skuterlərdə hərəkətin təhlükəsizliyini artırmaq təşəbbüsünün əsasını təşkil etmişdir – bu, bütün şəhərlərdə həyata keçirilir. Alınan məlumatlara və Avropanın 260 şəhərində iş təcrübəmizə əsaslanaraq, Bolt bir sıra yeni həllər hazırlayıb və mövcud təhlükəsizlik funksiyalarını genişləndirib.
- Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq, eləcə də elektrikli skuterlərin sürətini məhdudlaşdırmaq məqsədilə şəhərlər ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
- Bolt sərxoş istifadəçiləri aşkar edəcək və onların nəqliyyat vasitələrini idarə etməsinə mane olacaq texnologiyaların inkişaf etdirməyə cəhd göstərir.
- Austin Public Health tərəfindən aparılan bir araşdırmaya görə, elektrikli skuterlər ilə bağlı xəsarətlə nəticələnən bütün qəzaların üçdə biri ilk gediş zamanı baş verir. Buna görə Bolt Yeni başlayan rejimini genişləndirmək qərarına gəldi. Bu rejim skuterin sürətini 15 km/saatla məhdudlaşdırır və istifadəçiyə diqqətini öyrənməyə yönəltməyə imkan verir.
- Adi rejimdə ən yüksək sürət saatda 25 km saatdır ki, bu da Bolt elektrikli skuterlərini şəxsi mikromobil nəqliyyat vasitəsi ilə müqayisədə daha təhlükəsiz edir.
Bu qaydalara və tövsiyələrə riayət etməklə siz yollarda baş verə biləcək xoşagəlməz halların qarşısını ala və skuterlə səfərdən maksimum zövq ala bilərsiniz. Qalan məsələləri isə Bolt həll edəcək. Rahat və təhlükəsiz səfərdən həzz almaq şansını qaçırmayın. Axı Bolt həmişə sizinlədir!