Paşha Bank
Bank Of Baku

Bu gündən Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb

Bu gündən Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb
# 01 oktyabr 2026 11:06 (UTC +04:00)

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb.

“APA-Economics” xəbər verir ki, Agentlik Prezident İlham Əliyevin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi - AZPROMO” publik hüquqi şəxslərinin əsasında yaradılıb.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi, sahibkarların maraqlarının qorunmasında iştirak, habelə bu sahədə dövlət qurumları ilə sahibkarların xidmətlərinin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Agentliyin işçilərinin ümumi say həddi 370 ştat vahidi müəyyən edilib. Bunun 291 ştat vahidi Agentliyin Aparatının, 79 ştat vahidi isə regional bölmələrin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR