Bank Of Baku

Bu il 87 mln. manata yaxın ƏDV məbləği geri qaytarılıb

Bu il 87 mln. manata yaxın ƏDV məbləği geri qaytarılıb
# 08 avqust 2023 15:19 (UTC +04:00)

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR