2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 21 milyon 39 min dollar dəyərində 371 min 730 ton sement (hazır və ya klinker formasında) ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 20.5% və ya 63 min 298 ton, məbləğ baxımından isə 57.6% və ya 7 milyon 693 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 13 milyon 346 min dollar dəyərində 308 min 432 ton sement ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən sementin 1 tonunun orta qiyməti 30.7% artıb. Belə ki, 2023-cü ilin ilk 6 ərzində ölkədən ixrac edilən sementin 1 tonunun qiyməti 56.6 dollara bərabər olub ki, bu rəqəm 2022-ci ilin müvafiq dövründə 43.3 dollar idi.
Xatırladaq ki cari ilin yanvar-iyun aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.19%-ə bərabər olub.