Bank Of Baku

Bu il Azərbaycana gətirilən bananın idxal qiyməti bəlli olub

Bu il Azərbaycana gətirilən bananın idxal qiyməti bəlli olub
# 06 aprel 2023 16:57 (UTC +04:00)

Cari ilin yanvar ayı ərzində Azərbaycana 2 milyon 289.5 min dollar dəyərində 3177 ton banan idxal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 19.3% və ya 760 ton, məbləğ baxımından isə 19.3% və ya 545.5 min dollar azalıb. Ötən ilin müvafiq dövründə ölkəyə 2 milyon 835.7 min dollar dəyərində 3937 ton banan gətirilib.

Qeyd edək ki, hesabat dövründə bananın bir kiloqramının orta idxal qiyməti 0.72 dollar( 1.22 AZN) təşkil edib.

Xatırladaq ki, bananın 100%-i Cənubi Amerika ölkəsi olan Ekvadordan idxal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR