Bank Of Baku

Bu il Azərbaycanda çayın ixrac qiyməti idxal qiymətindən 73% çox olub

Bu il Azərbaycanda çayın ixrac qiyməti idxal qiymətindən 73% çox olub
# 28 dekabr 2023 16:23 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 64 milyon 771 min dollar dəyərində 12 477 ton çay idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.2%, dəyər baxımından isə 5,9% azdır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan 5 milyon 906 min dollar dəyərində 649 ton çay ixrac olunub ki, bu da illik müqayisədə həcm baxımından 46%, dəyər baxımından isə 2.6 dəfə azalıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 10 milyon 976 min dollar dəyərində 1719 ton çay ixrac, 68 milyon 802 min dollar dəyərində isə 13 155 ton çay idxal edib.

Bu dövrdə çayın 1 tonunun orta idxal qiyməti 5229 dollar, ixracının qiyməti isə 9087 dollar təşkil edib. Beləliklə çayın ixrac qiyməti idxal qiymətindən 73% çox olub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 10 588 ton çay istehsal edilib.

Əlavə edək ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu dövrdə idxal ixracı 19.2 dəfə üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR