Cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 94.8% və ya 173 min 283 ton, məbləğ baxımından isə 74.3% və ya 46 mln. 397 min çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında buğdanın idxal qiyməti 2022-ci ilin eyni dövri ilə müqayisədə 10.5% azalıb.