2023-cü ilin yanvar-may aylarında “Azəripək” MMC 1.1 milyon dollar dəyərində məhsul ixrac edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 15.4% və ya 200 min dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 5 ayı ərzində “Azəripək” MMC 1.3 milyon dollar dəyərində məhsul ixrac edib.