2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4% artaraq 29 milyard 740,6 milyon manat olub.
Bu barədə “APA-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artaraq 17352,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,9% artaraq 12387,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə,49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.