Cari ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində görülmüş işlərin statistikası açıqlanıb.
“APA-Economics” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, qeyd olunan dövrdə ümumi baxılmış işlərin 1918-i qeyri-qida, 1754-ü xidmət, 160-ı qida, 88-i dərman vasitələri və tibbi avadanlıqlar, 189-u isə digər sahələrlə bağlı olub.