Bank Of Baku

Bu il ölkə ərazisində quraşdırılan yeni nəsil NKA-ların sayı 93 mini ötüb

Bu il ölkə ərazisində quraşdırılan yeni nəsil NKA-ların sayı 93 mini ötüb
# 09 oktyabr 2023 14:32 (UTC +04:00)

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 93 min 230 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 mlrd. manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR