Bank Of Baku

Bu ilin aprel ayında qiymətləri bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Bu ilin aprel ayında qiymətləri bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb
# 10 may 2023 15:15 (UTC +04:00)

2023-cü ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin və tütün məmulatlarının qiymətində müşahidə olunub.

“Apa-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ucuzlaşma əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun və mərcinin qiymətlərində müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR