Bank Of Baku

Cahit Bağcı: Azərbaycanla birgə dərman istehsalı digər sahələrə də nümunə olacaq

Cahit Bağcı: Azərbaycanla birgə dərman istehsalı digər sahələrə də nümunə olacaq
# 07 dekabr 2023 11:56 (UTC +04:00)

Pirallahı Sənaye Parkında Türkiyənin və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsi digər sahələrə də nümunə olacaq.

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müəssisənin təməlqoyma mərasimində deyib.

O qeyd edib ki, müəssisənin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə əməkdaşlığı nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir:" Türkiyəli investorların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə görüşlərini təşkil edirik. Şirkətlərin nümayəndələrinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik".

Qeyd edək ki, "Azərbaycan İnvestiya Şirkəti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-də 29 faizlik paya sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR