Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənaye parkında tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir.
Sənaye parkının 200 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri artıq başa çatdırılıb. Parkın ərazisində topoqrafik planlama işləri zamanı yerin səviyyəsi və yer quruluşunun mövcud vəziyyəti öyrənilib. Geoloji-tədqiqat zamanı Sənaye Parkının ərazisində suxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyən edilib.