Bu ilin yanvar ayında Çində minik avtomobillərinin satışı illik ifadədə 4,4% azalıb.
"APA-Economics"in Çin Sərnişin Avtomobilləri Assosiasiyasına (CPCA) istinadən verdiyi məlumata görə, azalma ardıcıl səkkizinci aydır müşahidə olunur. Ümumilikdə ötən ay ölkədə 2,09 mln. avtomobil satılıb.
Çində Yaponiyanın avtomobil korporasiyası "Toyota Motor Corp"un avtomobillərinin satışları yanvarda illik ifadədə 21,5% azalıb. Almaniyanın "Volkswagen AG" şirkətinin Çindəki iki birgə müəssisəsinin satışları müvafiq olaraq 19,9% və 17,9% azalıb. "Nissan Motor Co."nun 8,7%, "Honda Motor Co."nun isə 6,9% azalıb.
Bu arada Çində elektromobillərin və hibrid avtomobillərin satışları iki dəfədən çox artaraq 347 minə çatıb. Xüsusən də "Tesla Inc."in Şanxaydakı zavodunda istehsal olunan 59 845 min elektromobil satılıb, bunun 67,8%-i ixrac edilib.
Çin avtomobil bazarının fevral ayında yeni koronavirus epidemiyaları və iqtisadiyyatın yavaşlaması səbəbindən təzyiq altında qalacağı gözlənilir.