Bank Of Baku

Çinin avtomobil ixracı tarixi maksimuma çatıb

Çinin avtomobil ixracı tarixi maksimuma çatıb
# 02 fevral 2022 14:05 (UTC +04:00)

Çinin avtomobil ixracı 2021-ci ildə illik müqayisədə iki dəfə artaraq təqribən 2,02 mln. vahid olub.

APA-Economics”in məlumatına görə, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının açıqlamasında deyilir.

Məlumata əsasən, yeni enerji avtomobillərinin ixracı illik müqayisədə üç dəfə artaraq 310 minə çatıb. Ümumilikdə, sərnişin avtomobillərinin ixracı 1,61 mln. vahid təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 1,1 dəfə çoxdur.

Heabat ilində kommersiya avtomobillərinin ixracı 70,7% artaraq 402 min vahid təşkil edib.

Təkcə dekabr ayında ölkənin avtomobil istehsalçıları 223 min avtomobil ixrac ediblər, bu, əvvəlki aydan 11,4%, illik müqayisədə isə 54% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR