Bank Of Baku

Deputat brend yaratmağı bacaran sahibkarlara dəstək verilməsini təklif edib

Deputat brend yaratmağı bacaran sahibkarlara dəstək verilməsini təklif edib
# 02 noyabr 2023 14:03 (UTC +04:00)

Qəribə bir situasiya yaranıb.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, kənd təsərrüfatında bolluq var, amma tikilən emal fabrikləri tam gücüylə işləmir: “Nəyə görə? Tələb-təklif-satmaq bazar iqtisadiyyatının əsas qanunudur. Bu gün bütün dünyada yeni tendensiya yaranıb. Şirkətlər yaranır, sadəcə bir ofisləri var, amma onlar beynəlxalq brendlər yaradır. Bu Uber”-ə, “Bolt”-a, geyim brendlərinə də aiddir. Bu gün bizdə də həmin sinif yaranır. Sahibkarlar var ki, gedir zavodla danışırlar, kənd təsərrüfatı məhsulunu emal edirlər və milli brendlər yaradırlar. Bizdə sahibkarlara kömək edən Fondun fəaliyyəti ilə razıyam. Amma onların özü də mən qeyd etdiyim fəaliyyətə kömək edə bilmir. Fond deyir ki, vəsait ayrılması üçün ancaq istehsal və kənd təsərrüfatı olmalıdır. Amma əsas brenddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR