Bank Of Baku

Dövlət orqanları və investorlar arasında mübahisələrin həlli proseduru müəyyənləşir

Dövlət orqanları və investorlar arasında mübahisələrin həlli proseduru müəyyənləşir
# 17 mart 2022 15:23 (UTC +04:00)

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.

APA-nın xəbərinə görə, bu, “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər arasında hər-hansı digər razılıq olmadığı halda, habelə Mülki Prosessual Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.

Azərbaycan Respublikası və xarici dövlətlər arasında imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli beynəlxalq sazişdə mübahisələrin həlli ilə bağlı bu maddədə göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir. İnvestisiya fəaliyyəti ilə əlaqədar mübahisələr üzrə beynəlxalq arbitraj qərarları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tanınır və icra edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR