Bank Of Baku

Dövlət Xidməti: Tərtib olunan protokollar əsasən istehlakçıların hesabda aldadılması ilə bağlı olur

Dövlət Xidməti: Tərtib olunan protokollar əsasən istehlakçıların hesabda aldadılması ilə bağlı olur
# 18 yanvar 2024 12:11 (UTC +04:00)

"Dövlət Xidməti tərəfindən tərtib olunan protokollarda istehlakçıların hesabda aldadılması, o cümlədən rəf və kassada qiymət fərqinin olması ilə bağlı müraciətlər çoxluq təşkil edir".

APA-Economics”in xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Elnur Bağırov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, ötən il ərzində protokollaşdırılan 83 haldan 40-a yaxını məhz istehlakçıların aldadılması ilə bağlıdır: “İstehlakçıların böyük hissəsi məhz bu yolla aldadılır. Bu səbəbdən də istehlakçılara tövsiyə edirik ki, rəf və kassada qiymət fərqi olarsa, əllərindəki sübutla Dövlət Xidmətinə müraciət etsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR