Bank Of Baku

"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq

"E-taxes" dövlət portalının yeni versiyası işə salınacaq
# 25 fevral 2022 10:27 (UTC +04:00)

Bu yaxınlarda "E-taxes.gov.az"ın portalının yeni versiyasının işə salınması nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

"Bu layihə demək olar ki, yekunlaşıb və qısa müddətdə istifadəyə veriləcək. "E-taxes" portalının yeni versiyası sahibkarlara daha sadə və asan formada əməliyyatlar aparmasına şərait yaradacaq. Həmin portal üzərindən bu günədək təqdim edilə xidmətlərlə yanaşı, sahibkarlara əlavə xidmətlər də göstəriləcək", - Dövlət Xidmətinin rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR