Bank Of Baku

"E-taxes" portalının bəzi xidmətlərində məhdudiyyətlər yaranacaq

"E-taxes" portalının bəzi xidmətlərində məhdudiyyətlər yaranacaq
# 25 fevral 2022 16:04 (UTC +04:00)

“Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli Asan İmza sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasının onlayn formada həyata keçirilməsi və “Şəxsi” tipli Asan İmza sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli Asan İmza sertifikatlarının onlayn əldə olunması üzrə elektron xidmətlər üzrə təkmilləşdirmə işləri aparılır.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, mövcud portalda olan məlumatların köçürülməsi və yeni portalın istifadəyə verilməsi ilə əlaqədar www.e-taxes.gov.az portalında “Qüvvədə olan Asan İmza ilə yeni sertifikatın alınmasına dair müraciət” elektron xidmətinin istifadəsində cari ilin 26, 27 və 28 fevral tarixlərində məhdudiyyət yaranacaq.

Vergi ödəyiciləri www.e-taxes.gov.az portalı üzərindən 1 mart 2022-ci il tarixindən etibarən yeni funksionallıqlar əlavə edilən portaldan istifadə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR