Bank Of Baku

Əczaçılıq məhsulları idxal 47% azalıb

Əczaçılıq məhsulları idxal 47% azalıb
# 18 mart 2024 15:43 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 79 milyon 278 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 46.5% və ya 69 milyon dollar azalıb.

2023-ci ilin ilk 2 ayında Azərbaycana 148.277 milyon dollar dəyərində əczaçılıq məhsulları gətirilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.24%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5.59%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 206.3 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR