Bank Of Baku

Əhalinin yanacaq xərcləri iyunda artıb

Əhalinin yanacaq xərcləri iyunda artıb
# 20 iyul 2022 15:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına istehlakçılar tərəfindən 1 295,2 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 8,6% və ya 102,6 mln. manat çoxdur.

Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 18,3% və ya 40,1 mln. manat artaraq 258,8 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,5 faiz bəndi azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR