Bank Of Baku

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12%-ə yaxın artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12%-ə yaxın artıb
# 17 aprel 2023 13:43 (UTC +04:00)

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,6% artaraq 2608,1 milyon manata bərabər olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1980,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9%-i təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 47 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR