Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,6% artaraq 734,2 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 548,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,7%-ni təşkil edib.
Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 73,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.