Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 mln. manat məbləğində dövlət zəmanəti verilib.