Bank Of Baku

Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı növbəti hərrac keçirilib

Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı növbəti hərrac keçirilib
# 10 dekabr 2021 13:11 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 9 dekabr tarixində baş tutub. Hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 14, 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək.

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10%-i miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR