Bank Of Baku

Fond sədri: Azad olunmuş ərazilərə investisiya qoyuluşu əsas prioritetimizdir

Fond sədri: Azad olunmuş ərazilərə investisiya qoyuluşu əsas prioritetimizdir
# 17 aprel 2023 15:35 (UTC +04:00)

2023-cü ildə işğaldan azad olunmuş ərazilərə investisiya layihələrinin qoyulması fondun əsas prioritetlərindən hesab olunur.

Bu barədə “APA-Economics”ə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev bildirib:

"Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə kreditləşməni prioritet elan eləmişik. Güzəştli kreditlər illik 5%-lə ənənəvi qaydada, eyni şərtlərlə işğaldan azad olunmuş ərazilərdə də veriləcək. Ümumillikdə kredit portfeli 500 milyon manatdır, hər bir layihə üzrə kreditin maksimal məbləği isə 5 milyon manatadək nəzərdə tutulub. Bundan əlavə, elektron kredit və zəmanət platforması yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə əsas investisiya fəaliyyəti üçün hər hansı sahibkar sahəsindən asılı olmayaraq dövlət zəmanətli kommersiya kreditlərindən yararlana bilər. Məqsəd maliyyə əlçatanlığını artırmaq və orada bərpa, yenidənqurma fəallığını daha da sürətləndirməkdir" - deyə, Osman Xalıyev əlavə edib.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR