Bank Of Baku

"Ford"un ABŞ-da satışları azalıb

"Ford"un ABŞ-da satışları azalıb
# 05 yanvar 2022 19:06 (UTC +04:00)

2021-ci il ərzində "Ford Motor" transmilli avtomobil istehsalçısı təkcə ABŞ-da 1 905 955 avtomobil satıb.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci illə müqayisədə 6,8% azalıb.

Satışların azalmasının əsas səbəbi kimi ötən il tədarük zəncirinin uzunmüddətli darboğazlar və qlobal çip çatışmazlığı göstərilir.

Qeyd edək ki, Yaponiyanın "Toyota Motor" şirkəti ABŞ-ın digər nəhəng avtomobil istehsalçısını – "General Motors"u tarixdə ilk dəfə ABŞ üzrə satışlarda geridə qoyub. Belə ki, ötən il ərzində "Toyota" ABŞ-da 2,332 mln. avtomobil satdığı halda (illik müqayisədə 10% artım), GM-in satışları 13% azalaraq 2,218 mln. avtomobil təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR