Bank Of Baku

Gələn ilin ilk özəlləşdirmə hərraclarının tarixləri açıqlanıb

Gələn ilin ilk özəlləşdirmə hərraclarının tarixləri açıqlanıb
# 20 dekabr 2021 17:26 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 və 18 yanvar tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yanvarın 11-də keçiriləcək hərraca 17 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 28 nəqliyyat vasitəsi, 18 yanvarda təşkil olunacaq hərraca isə 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Həmçinin, belə müəssisələr paytaxtla yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR