Bank Of Baku

Gənc sahibkarlara ötən il 2,7 mln. manatlıq güzəştli kreditlər ayrılıb

Gənc sahibkarlara ötən il 2,7 mln. manatlıq güzəştli kreditlər ayrılıb
# 02 fevral 2022 15:26 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci il ərzində 63 gənc sahibkarlıq subyektinə 2,7 mln. manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, maliyyələşdirilmiş layihələr hesabına 97 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən il ərzində ümumi dəyəri 287,7 mln. manat olan 1 902 layihəyə 130,6 mln. manat güzəştli kredit verilib ki, bunun sayəsində 3 213 yeni iş yerinin yaradılması planlaşdırılır.

Verilən kreditlərin 46%-i və ya 60,4 mln. manatı kiçik və orta kreditlərin payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR